AZ

Yeni tədris ilində Naxçıvanda 562 tələbə peşə təhsilinə başlayıb

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

2025-2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə, Şərur və Ordubad peşə liseylərinə 22 ixtisas üzrə 562 tələbə qəbul olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, yeni tədris ilində peşə təhsil müəssisələrində 14 yeni ixtisas yaradılıb.

Seçilən
5
6
azertag.az

8Mənbələr