ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Sabah” Premyer Liqanın IV turunda “Neftçi” ilə qolsuz heç-heçə edib. “Bayquşlar”ın yeni transferlərindən Velko Simiç “Futbolpress.az“a açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:
“Hər iki tərəf üçü maraqlı oyun alındı. Komandalar açıq futbola üstünlük verdilər və şanslar oldu. Həm biz, həm “Neftçi” qol vura bilərdi. Sonda heç-heçə oldu və bu, ədalətlidir”.
Yarımmüdafiəçi kluba keçidi və Azərbaycan çempionatı haqda danışdı:
“Keçidim asan alındı. Çünki baş məşqçi Valdas Dambrauskası tanıyıram və gözləntilərini bilirəm. Komanda ilə cəmi 2 oyuna çıxmışam. Başa düşdüm ki, Azərbaycanda komandalar aqressiv oyuna üstünlük verir və kiməsə qalib gəlmək asan deyil. Vədlər verməyi xoşlamıram. Komanda ilə bağlı yaxşı hisslərim var və inanıram ki, daha da böyüyəcəyik. Onu söz verə bilərəm ki, bütün oyunda maksimum gücümüzü ortaya qoyacağıq”.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.