EN

Qəbələnin hotel və mehmanxanaları 8 ayda 65 mindən çox turistə xidmət göstərib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Qəbələ, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 65 min 641 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 31 min 323 nəfəri və ya 47,7 faizi Azərbaycan, 34 min 318 nəfəri və ya 52,3 faizi xarici ölkə vətəndaşıdır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-avqust aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 min 505 nəfər və ya 21,3 faiz artım, əcnəbi turistlərin sayında isə 12 min 206 nəfər və ya 35,6 faiz azalma qeydə alınıb.

Cari ilin yanvar-avqust aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, səkkiz ayda bu ölkənin 12 min 200 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-avqust aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 7679, Birləşmiş Ərəb Əmirliklərindən 4134, Pakistandan 2303, Küveytdən 1239, İsraildən 1185, Qətərdən 978, Rusiya Federasiyasından 682, Omandan 301, Türkiyədən 221, ABŞ-dan 214, Böyük Britaniyadan 184 turist səfər edib. Gələnlərin 2998 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Səkkiz ayda Qəbələ rayonu ərazisində yerləşən 21 mehmanxana və mehmanxana tipli müəssisədən 18-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 126,6 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Avqustda turizm obyektlərində 1019 işçi çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
3
azertag.az

4Sources