EN

Sentyabrda kəşf olunan PENISILLIN Azərbaycanlı həkim öz venasında nəyi sınadı?

ain.az bildirir, Medicina portalına istinadən.

20-əsrdə Dünya tibb elmində və ümumiyyətlə, praktik təbabətdə baş vermiş ən böyük yeniliklərdən biri — penisillinin kəşfi 1928-ci ilin sentyabr ayına təsadüf edir. Məhz bu kəşflə təbabətdə inqilab effekti yaradan antibiotikototerapiya erası başlanmış və bu vaxta qədər müalicəsi çətin hesab edilən, bəzən qeyri-mümkün olan xəstəliklərlə mübarizədə böyük uğurlar qazanılmışdır.

Medicina.az xəbər verir Azərbaycan Tibb jurnalının baş redaktor müavini Fuad İslamzadə penisillinin tarixi barədə araşdırma məqaləsini təqdim edib.

Qeyd etmək istərdim ki, təbabət tarixinə dair olan bir çox ədəbiyyat mənbələrində penisillinin kəşfi bir təsadüflə əlaqələndirilir. Çünki bu kəşfin müəllifi olan şotlandiyalı alim Aleksandr Fleminq özü də bunun bir təsadüf nəticəsində baş verdiyini bildirmişdi. 1938-ci ildə o vaxt məşhur ingilis immmunoloqu Almrot Raytın laboratoriyasında işləyən Fleminq irinli yaraların və bir sıra infeksion-iltihabi xəstəliklərin əsas törədicilərindən olan stafilokoklar üzərində tədqiqat aparırdı. Bir gün Fleminq stafilokokların tədqiqi üçün mikrob əkmələri hazırlanan kasacıqlari (Petri kasaları) termostatdan çıxararkən onlardan birində stafilokokların inkişaf etmədiyini müşahidə edir və görür ki, həmin kasacığın kənarında kiçik bir kif topası əmələ gəlib. Belə bir dəyişikliyi başqa adam görsəydi, bəlkə də heç əhəmiyyət verməz və kasanı yuyulmağa göndərərdi. Ancaq Fleminq bu hadisəni diqqətdən kənarda saxlamamaqla sübut etdi ki, elmdə təsadüf hesab edilə biləcək təbiət hadisələri də yalnız böyük istedada malik insanların qarşısına çıxdıqda böyük kəşflərin ortaya çıxması ilə nəticələnə bilər.

Fleminq əldə etdiyi kif kütləsini tədqiq edərək, bu kütlənin əsasını penisillium notatum adlı təkhüceyrəli mikroskopik göbələkcilərin təşkil etdiyini öyrəndi və bu göbələkciklərin həyat fəaliyyəti zamanı xarici mühitə antimikrob xassəli maddə ifraz edildiyini aşkar etdi. Həmin maddəyə isə penisillin adı verildi. Bu kəşflə əlaqədar olaraq 1928-ci ilin 13 sentyabr günü təbabət tarixinə Penisillinin Kəşfi Günü kimi daxil olub.

Fleminqin kəşfi sonrakı illər ərzində penisillinin xassələrinin və təbabətdə tətbiq edilmək üçün təmiz şəkildə alınması məqsədilə aparılan intensiv tədqiqatlara təkan verdi. İlk vaxtlar penisillini təmiz şəkildə əldə etmək mümkün olmurdu. Çünki bu maddə toplandığı mühitdə tezliklə parçalanır və əsas xassələrini itirirdi. Bu vəzifənin öhdəsindən gəlməyə isə Oksford Universitetində Hovard Florinnin laboratoriyasında işləyən Ernest Çeyn oz elmi rəhbəri ilə birgə apardığı gərgin iş sayəsində nail oldu. Onlar ilk növbədə müəyyənləşdirdilər ki, penisillinin tezliklə parçalanmasının səbəbi onun toplandığı mühitdə olan turş xassəli maddələrin təsiri ilə bağlıdır. Buna görə penicillium notatum göbələklərinin inkişaf etdiyi mühitdə toplanan turş xassəli maddələri neytrallaşdırmaq üsulu hazırladılar və bunun ardınca penisillin molekuluna onun strukturunun sabitləşməsinə komək edən, lakin antimikrob xassəsinin zəifləməsinə səbəb olmayan kompleks əlavə etməyə nail oldular. Buna görə müasir dövrdə istifadə edilən penisillin preparatlarının tərkibinə benzil radikalı və kalium, ya da natrium kationu daxildir.

Penisillinin dərman preparatının klinik istifadəsinə 1941-ci ildə başlanılmışdır. Bu preparatın tətbiqi sayəsində İkinci Dünya müharibəsi dövründə yüz minlərlə yaralının həyatının yara prosesinə irinli infeksiya qoşulması nəticəsində başa çatmasının qarşısı alınmışdır. Bundan əlavə, penisillin uzun müddət ərzində pnevmoniya, peritonitlər, sifilis, revmatizm kimi çətin sağalan xəstəliklərin müalicəsində uğurla istifadə edilən yeganə prepararat olmuşdur. Bu preparatın kəşfinə və klinik praktikada uğurla tətbiqinə görə 1945-ci ildə Aleksandr Fleminq, Hovard Flori və Ernest Çeyn Nobel mükafatı ilə təltif edilmişdilər.

Penisillinin haqqında daha bir maraqlı faktı da qeyd etmək istərdim. İlk vaxtlar penisillin müalicə məqsədilə yalnız əzələ daxilinə yeridilmək yolu ilə istifadə edilirdi. Lakin bu halda uzun müddət sürən ağır iltihabi xəstəliklərin müalicəsində preparat az effekt verirdi. Buna yalnız preparatın vena daxilinə yeridilməsinə dair fikirlər var idi. Lakin bu usulun həyat üçün təhlükəli oldüğu hesab edildiyinə görə heç kim buna risk etmək istəmirdi. Həmvətənimiz — Respublikanın Əməkdar həkimi, professor Salih Salihov (1909-1976) bu üsulu ilk dəfə öz üzərində tətbiq etməklə effektivliyini subuta yetirmişdir. O, penisillinin venadaxili tətbiqinin mümkünlüyünü öz venasina preparat yeritdirməklə sübut etmək qərarı verdikdə, bu işi etməli olan tibb bacısı qorxaraq professorun tapşırığını yerinə yetirməkdən imtina etmişdi. Buna görə prof. S.Salihov bu işə öz istəyi ilə qərar verdiyinə dair bəyanat yazaraq imzalamış və yalniz bundan sonra tibb bacısı tapşırığı yerinə yetirmişdi.

Aygün

Medicina.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
icma.az

2Sources