EN

Hollivud əfsanəsi Robert Redford VƏFAT ETDİ

Amerikalı aktyor, kinorejissor, prodüser Robert Redford 89 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, məşhur amerikalı aktyor, rejissor və prodüser Robert Redford 89 yaşında dünyasını dəyişib. Onun ölüm xəbəri ailəsi tərəfindən təsdiqlənib.

Redford Hollivudun ən tanınmış simalarından biri sayılırdı. O, “Butch Cassidy and the Sundance Kid”, “The Sting”, “All the President’s Men” kimi filmlərdəki rolları ilə böyük şöhrət qazanmışdı.

1980-ci ildə çəkdiyi “Ordinary People” filmi ona “Oskar” mükafatını gətirdi.

O, həm də müstəqil kinematoqrafiyanın inkişafı üçün təsis etdiyi Sundance Film Festivalı ilə tanınırdı.

Redfordun kino sahəsində fəaliyyəti ona Qızıl Qlobus və Fəxri Oskar da daxil olmaqla onlarla mükafat qazandırıb.

Onun yaradıcılığı müasir Amerika kinosuna dərin təsir göstərib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
47
interpress.az

1Sources