EN

Azərbaycanda elektrikli avtobusların sayı 6 dəfəyə yaxın artıb

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

Bu ilin avqust ayında Azərbaycanda şəhərdaxili (rayonlararası) müntəzəm sərnişindaşımada istifadə olunan avtobusların 166-sı elektrikli avtobusların payına düşüb.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136 ədəd və ya 5,5 dəfə çoxdur.

Məlumata əsasən, 2025-ci ilin avqustunda ölkədə sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sayı 1 337 olub. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 222 ədəd və ya 19,9 % çoxdur.

Bu ilin avqustunda Azərbaycanda dizel ilə işləyən avtobusların sayı isə 3 731-dir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 18 avtobus və ya 0,5 % çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
71
8
icma.az

10Sources