EN

Azərbaycan çayı xaricə neçəyə satılır? - RƏQƏMLƏR

Bu ilin ilk 8 ayında Azərbaycandan 4,5 milyon dollar həcmində 492 ton çay ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 91 min dollar və ya 2,1%, miqdar ifadəsilə isə 3 ton, başqa sözlə 0,6% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 4,4 milyon dollar dəyərində 489 ton çay ixrac olunmuşdu.

Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 39 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 24 qəpik idi. Bu da illik müqayisə ilə 15 qəpik və ya 1% bahalaşma deməkdir.

Bu il 8 ayında ümumi ixracın 0,03%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 0,19%-u çayın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,02% olub.

Chosen
4
1
fed.az

2Sources