Bakı, sentyabr 2025 – Azərbaycan Qran Prisini qarşılamağa hazırlaşarkən, Mastercard iri miqyaslı idman tədbirlərinin turizmi hərəkətə gətirməsi, rəqəmsal ödənişləri sürətləndirməsi və yerli iqtisadiyyatlara uzunmüddətli imkanlar yaratması barədə yeni məlumatlarını açıqlayıb.
Mastercard 200-dən çox ölkə və ərazidə fəaliyyət göstərir, rəqəmsal ödənişləri sadə, təhlükəsiz və əlçatan edir. Şirkət müştəriləri və tərəfdaşları ilə birlikdə davamlı iqtisadiyyatın qurulmasına dəstək verir, texnologiya və innovasiyalar vasitəsilə insanların və bizneslərin potensialını reallaşdırmasına imkan yaradır.
Mastercard Insights məlumatına görə, ötən il Bakıda keçirilən Qran Pri həftəsində beynəlxalq turist gəlişləri 87%, xərclər 77%, tranzaksiya sayı isə 85% artıb. Ən önəmlisi, xərcləmələr paytaxtla məhdudlaşmayaraq regionlara da yayılıb – bölgələrdə tranzaksiyalar əvvəlki dövrlə müqayisədə 3 dəfə çoxalıb.
Turistlərin xərcləri daha çox yaşayış və iaşə sahələrinə yönəlib: otel sifarişləri 2 dəfədən çox, restoran xərcləri isə 140%-dən çox artıb. Bununla yanaşı, pərakəndə satış, moda və marketplace alış-verişləri də diqqətçəkən yüksəliş göstərib. Türkiyə, Böyük Britaniya, Gürcüstan, Qazaxıstan və Almaniyadan gələn turistlər bu artımda xüsusi rol oynayıb. Məsələn, türkiyəli turistlərin otel xərcləri 238%, britaniyalıların restoran xərcləri isə 346% çoxalıb.
Qlobal nümunələr və müqayisələr
Mastercard-ın təqdim etdiyi digər nümunələr də idmanın iqtisadi gücünü təsdiqləyir:
Avropa basketbol çempionatı Berlin, Köln, Milan, Praqa və Tbilisiyə 270 milyon avro iqtisadi təsir göstərib. Tədbirlərdə 650 mindən çox tamaşaçı, o cümlədən 50 min beynəlxalq azarkeş iştirak edib.
Avropa futbol finalı zamanı Türkiyədə ziyarətçilər orta hesabla 3 gün qalaraq hər biri 855 avro xərcləyib. Kart əməliyyatları əvvəlki dövrlə müqayisədə 48% artıb. Münhen isə 2024-cü ilin yayında qlobal turizmdə ən sürətlə böyüyən istiqamət olub.
Kral Liverpul Qolf Açıq Turniri zamanı qonaqpərvərlik sektorunda 30%-lik artım qeydə alınıb, turistlərin 88%-i gələcəkdə eyni və ya daha çox xərcləməyi planlaşdırdıqlarını bildirib.
Azərbaycan – qlobal liderlik yolunda
“Azərbaycan Qran Prisi sadəcə yarış deyil – bu, iqtisadi mühərrikdir,” – deyə Mastercard-ın Azərbaycandakı ölkə meneceri Emil Zeynalov bildirib. Onun sözlərinə görə, yalnız turistlərin sayındakı artım deyil, həm də bölgələrdə bizneslərin canlanması və rəqəmsal ödənişlərin genişlənməsi ölkənin qlobal turizm xəritəsində mövqeyini möhkəmləndirir.
Mastercard Insights qeyd edir ki, bu il də beynəlxalq gəlişlərin 90%-ə yaxın artacağı gözlənilir. Bu isə Azərbaycanın qlobal arenadakı nüfuzunun artdığını təsdiqləyir.
Ödənişlər – təcrübənin infrastrukturunda
Böyük idman tədbirləri zamanı rəqəmsal ödənişlər əsas rol oynayır. Formula 1 həftəsində kart və rəqəmsal cüzdan istifadəsinin kəskin artması bir tərəfdən azarkeşlərə təhlükəsiz və rahat xidmət göstərilməsini təmin edib, digər tərəfdən isə yerli sahibkarların qlobal auditoriyanın gözləntilərinə uyğunlaşa bildiyini göstərib.
Daha ətraflı məlumat üçün: www.mastercard.com