Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Sihirli Annem" serialının Perihanı (Gül Onat) son halını paylaşıb.
BAKU.WS xəbər verir ki, o, artıq uzun müddətdir xərçənglə mübarizə apardığını və güclü olması üçün sevənlərinin duasını istədiyini bildirib.
Aktrisa paylaşımında "Daha bir müalicə günü... Xahiş edirəm dualarınızı əsirgəməyin!" deyə qeyd edib.
Xatırladaq ki, aktrisa uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir. Mədəaltı vəzin xərçəngi olan Gül ağrılarına görə yenidən rol aldığı "Sihirli Annem: Hepimiz Biriz" filminin qalasına qatıla bilməmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.