EN

Robert Redford vəfat etdi

Amerikalı aktyor və rejissor Robert Redford vəfat edib.

Modern.az xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.

O, bu gün səhər saatlarında Yutadakı mənzilində vəfat edib. Redford 1960-cı illərdə aktyorluq karyerasına başlayıb, 1969-cu ildə "Butch Cassidy and the Sundance Kid" filmində baş rollardan birini, 1976-cı ildə isə "Uotergeyt qalmaqalı haqqında bütün prezidentin adamları" filmində jurnalist Bob Vudvordu canlandırıb.

Redford 1981-ci ildə Ən Yaxşı Rejissor nominasiyası üzrə "Oskar" mükafatı qazanıb.

Chosen
37
modern.az

1Sources