Amerikalı aktyor və rejissor Robert Redford vəfat edib.
Modern.az xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.
O, bu gün səhər saatlarında Yutadakı mənzilində vəfat edib. Redford 1960-cı illərdə aktyorluq karyerasına başlayıb, 1969-cu ildə "Butch Cassidy and the Sundance Kid" filmində baş rollardan birini, 1976-cı ildə isə "Uotergeyt qalmaqalı haqqında bütün prezidentin adamları" filmində jurnalist Bob Vudvordu canlandırıb.
Redford 1981-ci ildə Ən Yaxşı Rejissor nominasiyası üzrə "Oskar" mükafatı qazanıb.