Avropa Komissiyası Aİ-İsrail sazişlərində müəyyən ticarət müddəalarının dayandırılmasını təsdiq edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası sabah İsrailə qarşı yeni sanksiyaları təsdiqləməyə hazırlaşır .
Aİ sözçüsü bəyan edib ki, komissarlar Aİ- İsrail razılaşmalarında xüsusi ticarət müddəalarının dayandırılmasını təsdiq edəcəklər .
Keçən həftə Avropa Komissiyası ifrat sağçı İsrail nazirlərinə sanksiya tətbiq edib və İsraillə ticarəti dayandırmaq üçün tədbirlər təklif edəcəyini açıqlayıb.