EN

Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim etdi, qadından 3500 manat aldı

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 29,178.2.4 (Dələduzluğa cəhd - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə mühakimə olunan N.İbrahimova 2 il 28 gün müddətinə azadlıqdan məhruemtmə cəzasına məhkum edilib. 

İş materiallarından aydın olur ki, N.İbrahimov zərərçəkmiş Q.Xəlilova ilə "TikTok" platformasında tanış olub. O, özünü Q.Xəlilovaya dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. 

Q.Xəlilova isə ondan oğlunu işlədiyi quruma işə düzəltməyi xahiş edib. N.İbrahimov bunun üçün 10 000 manat pul lazım olduğunu bildirib və ilkin olaraq Q.Xəlilovadan 3500 manat alıb. Lakin verdiyi vədi yerinə yerinə yetirməyib. Q.Xəlilova polisə müraciət edib. 

Faktla bağlı cinayət işi başlanıb. N.İbrahimov saxlanıldıqdan sonra ona ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Məhkəmə prosesi zamanı N.İbrahimov verilmiş ittihamla özünü təqsirli bilib. O, qeyd edib ki, aldığı pulu övladının müalicəsinə xərcləyib. Həmçinin məlum olub ki, dəymiş ziyan ödənilib və zərərçəkmişlə N.İbrahimov arasında barışıq əldə edilib. 

Seyid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
qaynarinfo.az

2Sources