AZ

Polisə 60 min dəfə zəng etdi, həbs olundu

Cənubi Koreyada bir kişi polisə zəng edərək əylənib. 

HİT.az "Korea Herald"a istinadən xəbər verir ki, iki il ərzində o, 60 minə yaxın yalan ifadə verib.

Cənubi Koreya polisinin məlumatına görə, 50 yaşlarında olan şəxs sentyabrın 23-də həbs edilib. Şübhəli şəxs polisə edilən 58 307 zəngdən 51-i dərhal polisin müdaxiləsini tələb edən ağır cinayətlər kimi təsnif edilib.

O, qardaşını öldürəcəyini, başqa bir dəfə isə onu əsir saxladığını iddia edib. O, polisə də zəng edərək, özünün 10 ildir ki, əsirlikdə olduğunu bildirib.

2024-cü ilin may ayında xuliqan dörd gün ərzində polisə 1882 dəfə zəng edib. Bu, telefon terrorunun daha bir nümunəsinə görə aldığı inzibati cərimədən narazı olması ilə bağlı olub.

Hazırda həmin şəxs xidməti vəzifələrinin icrasına mane olmaqda ittiham olunur. O, tənhalıqdan əziyyət çəkdiyini və içki içərkən polisə müraciət etdiyini etiraf edib. Onu 5 ilə qədər həbs və ya 10 milyon von cərimə gözləyir.

Samir
 

Seçilən
4
50
hit.az

10Mənbələr