EN

Avropa nəhəngləri braziliyalı üçün yarışır

19 yaşlı braziliyalı müdafiəçi Luis Benedettiyə Avropanın nəhəng klubları maraq göstərir.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal”, “Barselona” və “Napoli” “Palmeyras”ın futbolçusunu transfer etmək istəyir. Bu mövsüm 18 oyunda 2 qol vuran Benedettinin klubla müqaviləsi 2029-cu ilin sonuna qədərdir.

Onun dəyəri təxminən 1 milyon avro qiymətləndirilir. Qeyd edək ki, “Napoli” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir.

 

Chosen
57
1
idmanxeber.az

2Sources