EN

Şair Əlisəmid Kürün səhhəti ağıtlaşıb Reanimasiyadıdır

ain.az, Ayna saytına istinadən bildirir.

"Nazirliyin şairi diqqətdə saxlamasını, mümkün köməyi göstərməsini xahiş edirəm"

"Müstəqillik illəri Azərbaycan şeirinin tanınmış nümayəndəsi,  görkəmli şair Əlisəmid Kürün səhhəti yaxşı deyil, təəssüf ki, ağırdır".

AYNA.AZ xəbər verir ki, bu sözləri şair Səlim Babullaoğlu sosial şəbəkədə yazıb.

Bildirib ki, şair hazırda Respublika Diaqnostika Mərkəzində reanimasiyadadır.

"Əlisəmid Kür ötən əsrin 90-cı illərindən başlayaraq ədəbi mühitdə həm öz şeirləri ilə dərin iz buraxıb, həm də ədəbi təşkilatıçılıq fəaliyyəti ilə xeyli  vacib işlər görüb. Vaxtilə əl-əl gəzən "Yol" ədəbiyyat qəzetinə rəhbərlik edib, neçə-neçə istedadlı imzanın üzə çıxmasına səbəb olub. "Xəzər" jurnalında çalışıb", Babullaoğlu qeyd edib. 

Şair icimaiyyətə müraciət ünvanlayıb: "Əziz dostlar, həmkarlar, kimin bacarırsa bu bank kartına (şairin xanımı Mətanət Mehdiyevanın kartıdır) imkanı daxilində ianə etsin, onun müalicəsinə dəstək olsun:4169 7388 6027 5787

Mən eyni zamanda, Mədəniyyət Bazirliyinin yetkili nümayəndələrinə, hörmətli  nazirimizə, cənab Adil Kərimliyə müraciət edir, nazirliyin şairi diqqətdə saxlamasını, mümkün köməyi göstərməsini xahiş edirəm.

Allah Əlisəmid Kürə kömək etsin, inşAllah!".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
ayna.az

1Sources