Qubadlı İşğal və Zəfər Muzeyləri Kompleksinin layihələndirilməsinə başlanılır.
Day.Az xəbər verir ki, sözügedən işlər çərçivəsində tikinti üzrə layihə-smeta sənədləri hazırlanacaq və məzmunun hazırlanması işləri aparılacaq.
Belə ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Â
Qurum sözügedən işlərin icrasını "ArtCloud Network International s.c.r.l." şirkətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 687 778 manat ödənilib.