“Londondan təhlükə yaranarsa, Rusiya Böyük Britaniyaya qarşı qabaqlayıcı zərbə endirə bilər”.
Sitat.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
Onun sözlərinə görə, Moskva tez və sarsıdıcı cavab vermək üçün bütün imkanlara malikdir. Kolesnik qeyd edib ki, Rusiya heç bir halda özünə toxunulmasına imkan verməyəcək.
“Əgər Britaniya Rusiyaya qarşı güc tətbiq etsə, o zaman Rusiya Federasiyası buna cavab olaraq güc tətbiq edəcək və bunu müharibə qanunlarına uyğun edəcək. Cavab çox gözləməyəcək, bəlkə də qabaqlayıcı - bizim raketlərimiz daha sürətlidir”, - deputat bildirib.
Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi bundan əvvəl NATO-nun hava məkanını keçə biləcək PUA-larla bağlı yeni insidentlər baş verəcəyi təqdirdə Rusiya tərəfini güc tətbiq etməklə hədələyib. Xəbərdarlıq Rusiya PUA-larının NATO üzvləri Rumıniya və Polşanın hava məkanlarını pozmasından sonra edilib.