Bütün ermənilərin katalikosu II Qaregin Roma Papası XIV Leo ilə görüşdə Qarabağdan könüllü köçmüş erməniləri “qaçqın”, hazırda Bakıda məhkəməsi gedən separatçı rejimin cinayətkar rəhbərlərini isə “əsir” adlandırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Vatikandan Kastel Qandolfo Apostol sarayına yola düşən bütün ermənilərin katolikosu II Qaregin Roma Papası XIV Leo ilə görüşdə belə deyib.
O, Roma Papası ilə söhbətdə Qarabağdan könüllü köçmüş ermənilərin Ermənistandakı problemlərindən danışıb. Eçmiədzin kilsəsinin rəhbəri eyni zamanda, hərbi cinayətkarları “hərbi əsir və girov” adlandıraraq onların azad edilməsinin zəruriliyi qeyd edib.
Görüşün sonunda II Qaregin XIV Leonu Ermənistana səfərə dəvət edib.