Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospitalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başlamış, qısa müddət ərzində yüksək səviyyəli tibbi xidmət göstərən nüfuzlu səhiyyə ocağı kimi tanınaraq ölkənin aparıcı tibb müəssisələrindən birinə çevrilmişdir. Hospital ən müasir avadanlıqla təchiz edilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov,Tibb İdarəsinin rəisi Ceyhun Məmmədov, həmçinin, Hospitalın rəisi Bəxtiyar Musayev tibbi xidmətin nümunəvi təşkili üçün var qüvvələri ilə çalışırlar. Bu günlərdə gömrük əməkdaşlarından biri-bağban Sərdar Rüstəmov kəskin böyrək çatışmamazlığı diaqnozu ilə Gömrük Hospitalının Anesteziologiya, Əməliyatxana və Reanimasiya şöbəsinə daxil oldu. Tibb işçilərinin səyi nəticəsində və qısa müddətdə səhhəti yaxşılaşmağa başladı.
Xatırladıram ki, S.Rüstəmovun yeganə oğul övladı Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdədir. Biz, Sərdar Abas oğlu Rüstəmovun bütün doğmaları adından diqqət və qayğıya görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova, Komitənin Tibb İdarəsinin rəisi Ceyhun Məmmədova, Gömrük Hospitalının rəisi, Tibb elmləri doktoru Bəxtiyar Musayevə, Nefrologiya şöbəsinin rəisi Mir Mənsim Məmmədova, Hospitalın Anesteziologiya, Əməliyyatxana və Reanimasiya şöbəsinin rəisi Dr.Tural Sadıqova, anestezioloq -reanimatoloqlar: Dr. Mehdi Əliyev, Dr.Rəşad Nəsirli, Dr.Könül Həsənova, Dr.Şahin Mazanov, Dr.Xəyal Məmmədov, Dr. Sevda Quliyeva, tibb bacıları Milyanə Orucova, Hicran Tağıyeva və adlarını qeyd edə bilmədiyim digər işgüzar tibb işçilərinə təşəkkür edirik. Sözün həqiqi mənasında Dövlət Gömrük Hospitalının işgüzar kollektivi ilə qürur duyuruq.
Şamil Sabiroğlu,
jurnalist, müharibə veteranı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.