EN

Suriyada imzalanacaq yeni saziş insidentlərin qarşısını almağa kömək edəcək

Suriyada əmindirlər ki, Əs-Süveyda şəhərində atəşkəs haqqında yeni saziş istənilən silahlı insidentin qarşısının alınmasını təmin edəcək və regiona nəzarət mərkəzi hökumətə keçəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Suriya DİN-in dərc etdiyi sənəddə deyilir.

Sənədə əsasən, bütün hərbi əməliyyatların tam və dərhal dayandırılması təmin ediləcək. Həmçinin Suriya hökuməti və Əs-Süveydada əhalinin əksəriyyətini təşkil edən druzların dini liderlərindən ibarət komitə yaradılacaq. Yeni komitə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə nəzarət edəcək.

Sənəddə Əs-Süveydanın Suriya dövlətinə tam inteqrasiyası xüsusi qeyd edilir və mülki şəxslərə və onların əmlakına zərər vurulmayacağı vurğulanır.

Məlumata görə, tərəflər saxlanılanların azad edilməsi və itkin düşənlərin taleyinin araşdırılması barədə razılığa gəliblər.

Chosen
32
ikisahil.az

1Sources