EN

Ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 16 sentyabr, AZƏRTAC

Cəlilabad rayonunda ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

AZƏRTAC-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
7
azertag.az

10Sources