EN

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI

Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

O qeyd edib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Chosen
3
33
konkret.az

10Sources