EN

Nazir Anar Əliyev Bərdədə vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sentyabrın 26-da Bərdə rayonunda Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinləyəcək.

Doğru.az xəbər verir ki, qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid müraciətlər cavablandırılacaq və qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görüləcək.

Vətəndaşlar sentyabrın 16-18-də [email protected] elektron ünvanı, poçt vasitəsilə və ya “142” Çağrı mərkəzinə müraciət edərək qəbula yazıla bilərlər.

Qəbula yazılmış şəxslər siyahı əsasında qəbul ediləcəklər.

DOĞRU.AZ

Chosen
78
dogru.az

1Sources