EN

Xalq artisti Hacı Murad Yagizarov Vətənə gətirildi

Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermiş, unudulmaz ifaları ilə xalqın dərin məhəbbətini qazanmış Xalq artisti Hacı Murad Yagizarov dünyasını dəyişib. Sənətkarın nəşi sentyabrın 16-da dövlətimizin dəstəyi ilə Almaniyadan Vətənə gətirilib və ailəsinə təhvil verilib.

Doğru.az xəbər verir ki, mərhum sənətkarla vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra görkəmli aktyor II Fəxri xiyabanda dəfn olunacaq.

Hacı Murad Yagizarov 1939-cu il iyulun 18-də Bakıda anadan olub. O, 1962-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərərək “Sən niyə yaşayırsan?”, “Aydın”, “Şeyx Sənan”, “Qurdlar və quzular” və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. Sənətkar həmçinin “Böyük dayaq”, “Arşın mal alan”, “Bir cənub şəhərində” kimi filmlərdə də maraqlı rolları ilə tanınıb.

Onun sənətdəki xidmətləri yüksək qiymətləndirilib – 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 1986-cı ildə Dövlət mükafatı, 2009-cu ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenləri ilə təltif olunub.

Allah rəhmət eləsin!

Chosen
53
5
dogru.az

10Sources