EN

Almaniya Polşanın təzminat tələbinə “yox” dedi

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Fridrix Merz Polşanın İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələbini rədd ediblər.

Doğru.az xəbər verir ki, bu barədə Almaniya prezident aparatının sözçüsü Kerstin Qammelin məlumat verib.

O, X sosial şəbəkəsində yazıb: “Almaniya nöqteyi-nəzərindən bu məsələ, nəhayət, qanuni həllini tapdı. Bununla belə, yaddaşın əbədiləşdirilməsi və qorunub saxlanmasının təşviqi ümumi iş olaraq qalır.”

Bundan əvvəl Polşa prezidenti Navrockinin Almaniyaya səfəri zamanı təzminat tələb edəcəyi bildirilmişdi.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
1
dogru.az

2Sources