EN

“Barselona” “Kamp Nou”ya dönüşü yenidən təxirə saldı

“Barselona” klubunun yenilənmiş “Kamp Nou” stadionuna dönüşünün bir daha təxirə salınıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb

Səbəb kimi lazımi inzibati icazələrin hələ də alınmaması göstərilib.

Buna görə, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda sentyabrın 21-də “Xetafe”yə qarşı keçirəcəyi növbəti ev matçını 6000 tamaşaçı tutumuna malik Yohan Kroyff adına stadionda oynayacaq.

“Barselona” rəsmi bəyanatında azarkeşlərə anlayışlarına görə təşəkkür edib. Qeyd edək ki, klub “Kamp Nou”ya dönüşü ilkin olaraq avqust ayına planlaşdırmışdı. Lakin Flikin komandası daha əvvəl Yohan Kroyff adına stadionda “Komo”ya qarşı (Joan Qamper Kuboku) və “Valensiya”ya qarşı (La Liqa) matçlar keçirib.

 

Chosen
81
90deqiqe.az

1Sources