EN

Netanyahu Ağ Evdə Trampla görüşəcək

BAKI, 16 sentyabr. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu tezliklə Ağ Evdə ABŞ prezidenti Donald Trampla yenidən görüşməyi planlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Netanyahu İsrail iqtisadiyyatındakı vəziyyətə həsr olunmuş mətbuat konfransında deyib.

"O, (Tramp-red) məni Ağ Evə dəvət etdi. Bu, iki həftədən sonra, bazar ertəsi, mənim BMT Baş Assambleyasında çıxışımdan sonra olacaq" - deyə, Netanyahu bildrib.

Netanyahu əlavə edib ki, o, Amerika lideri ilə Fələstinin HƏMAS hərəkatının rəhbərliyini aradan qaldırmaq məqsədi daşıyan İsrailin Qətərə son zərbələrini müzakirə edib: “Dohaya zərbə endirdikdən sonra onunla bir neçə söhbətimiz oldu, hamısı çox yaxşı idi".

Sentyabrın 9-da İsrail Dohada Fələstinin Həmas hərəkatının yüksək rütbəli üzvlərinə zərbələr endirib. Fələstin hərəkatı 6 nəfərin, o cümlədən təşkilatın Qəzza zolağındakı liderlərindən biri Xəlil əl-Heyinin oğlu və Qətər təhlükəsizlik qüvvələrinin əməkdaşının öldüyünü bildirib.

HƏMAS-ın yüksək rütbəli üzvlərinin ölüm xəbərləri hələlik təsdiqini tapmayıb.

Chosen
66
2
teleqraf.com

3Sources