EN

Evin istiqamətinin sağlamlığa və ruh halına təsiri

Evin

Evin istiqamətinin sağlamlığa və ruh halına təsiri. Mühəndis-dizayner Vüsalə Həziyeva.Mühəndis-dizayner Vüsalə Həziyeva ev seçərkən yalnız qiymət və dizayna yox, həm də evin yerləşdiyi istiqamətə ciddi önəm verməyin vacibliyini vurğulayır. Onun sözlərinə görə, xüsusilə evin şimal istiqamətinə baxması bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu istiqamət, xüsusilə reumatizm və digər oynaq xəstəlikləri olan insanlar üçün risk daşıyır və belə şəraitdə uzun müddət qalmaq məsləhət görülmür.Vüsalə Həziyeva əlavə edir ki, evin içində otaqların yerləşməsi də təsadüfi olmamalıdır. Məsələn, yataq otağı, qonaq otağı və mətbəxin günəş işığı alması insanın enerjisini artırır, ruh halını yaxşılaşdırır və depressiya riskini azaldır. Evdə təbi işığın düzgün paylanması və enerji axınının təmin olunması komfortlu və sağlam mühit yaradır.Dizayner qeyd edir ki, bu məsələlərdə yanlış planlaşdırma uzun müddətdə narahatlığa və hətta sağlamlıq problemlərinə yol aça bilər. Ona görə də, ev alarkən mütəxəssis rəyi almaq və məkanın enerjisini nəzərə almaq çox önəmlidir. "Düşər-düşməzlik" kimi görünən bu faktorlar, əslində məkanın enerji harmoniyası və funksionallığı ilə bağlıdır və insanın gündəlik həyat keyfiyyətini birbaşa təsir edir.

Diqqət Çəkənlər

Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi

Uşaqların peyvəndindən sonra yaranan “dəhşətli hekayə”lərin 90%-i mifdir

ABŞ və Çin Madriddə “TikTok”la bağlı çərçivə razılaşmasına gəliblər.

Chosen
23
1
ulusum.az

2Sources