EN

Qazaxıstanda qız qaçıranlar həbs olunacaq

BAKI, 17 sentyabr. TELEQRAF

Qazaxıstanda məcburi evlilik qanunla qadağan edilib.

Teleqraf xəbər verir ki, sentyabrın 16-dan etibarən Qazaxıstanda məcburi evliliyi qadağan edən yeni qanunlar qüvvəyə minib.

Məcburi evlilik hallarına yol verənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Günahlandırılan şəxslər 10 ilə qədər həbs cəzası gözləyir.

Təkcə qız qaçıranlar deyil, qadınlara evlilik üçün psixoloji təsir edənlər də məsuliyyətə cəlb olunacaqlar.

Bura zənglər, təqib, mesajlar və s, bu təhdidlər daxildir.

Qazaxıstanda qız qaçırma adət halını alıb və geniş yayılıb. Qadın hüquqları təşkilatlarının hesablamalarına görə, ölkədə hər il beş minə qədər qız zorla qaçırılır və onlarla məcburi ailə həyatı qurulur.

Chosen
13
2
teleqraf.com

3Sources