BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ prezidenti Donald Trampla Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
O Modi ilə “gözəl söhbət” etdiyini bildirib.
"Modini ad günü münasibətilə təbrik etdim. O, inanılmaz iş görür. Rusiya ilə Ukrayna arasında münaqişənin həllində göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm", - Tramp yazıb.