EN

“Əslində bu gün məğlub da ola bilərdik” - Qurban Qurbanov

"Qarabağ" futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə qazanılan tarixi qələbədən danışıb: Toyuqlu pizza

"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir. Onlar topla çox yaxşı rəftar etməyi bacarırlar. Oyundan əvvəlki mətbuat konfransında futbolçularımın çətinlik çəkəcəyini demişdim. Şükürlər olsun ki, qələbə qazandıq. "Benfika"ya qarşıdakı matçlarda uğurlar arzu edirəm".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb./Report


Telegram kanalımız
Chosen
8
17
yenisabah.az

10Sources