EN

Qurban Qurbanovdan tarixi qələbəyə - Reaksiya

“İlk öncə futbolçularımı təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər. Biz məğlub da ola bilərik. Oyuna kimi üstünlük rəqib tərəfdə idi. 0:2-dən sonra oyunu çevirmək heç də asan görünmürdü. Vurduğumuz ilk qol qələbə qazanmağımıza kömək oldu. Amma bu o demək deyil ki, “Benfika” bizdən zəif idi. Böyük bir qələbə qazandıq”. 

News24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində 3:2 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfrasında deyib.

“Son vaxtlar futbol elə bir səviyyəyə gəlib çıxıb ki, asan heç nə yoxdur. İlk dəqiqələrdən futbolçularıma bildirdim ki, oyundan həzz almalıyıq. Çox üzərilərinə gedirdim ki, cəsarətli olmalıyıq. Dedim, bəli, səhvlər olacaq. Qarşımızdakı usta komandadır. Buna baxmayaraq, istəyimizdən əl çəkməməliyik. İnanın ki, bunu asan qələbə saymırıq. Sadəcə, bu gün bu zəfər bizə yazılmışdı” - Qurbanov əlavə edib.

Chosen
51
2
news24.az

4Sources