EN

Avropa Komissiyası Gürcüstanla vizasız rejimi ləğv etməyə hazırlaşır – Gürcü nazirdən etiraz

Avropa İttifaqının Gürcüstanla vizasız rejimi dayandırması üçün heç bir hüquqi əsas yoxdur. Musavat.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Gürcüstan İctimai Yayımının Birinci Kanalına müsahibəsində deyib.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirmişdi ki, Avropa Komissiyası Gürcüstana qarşı sanksiyaların tətbiqi, eləcə də respublika ilə vizasız rejimin ləğvi imkanlarını öyrənir.

Gürcü nazir isə bu addım üçün hüquqi əsas olmadığını deyib: "Bu gün bunun üçün heç bir hüquqi əsas. Gürcüstan hakimiyyəti Gürcüstan vətəndaşlarının bu imtiyazdan yararlanması üçün həmişə vicdanla hər şeyi edib və edir. Bu gün Gürcüstan əhalisinin Avropa İttifaqına, Şengen zonasına daxil olan ölkələrə vizasız gediş-gəlişinin olması tamamilə hakimiyyətin xidmətindədir".

İyulun 14-də Avropa Komissiyası Gürcüstan Xarici İşlər Nazirliyinə məktub göndərərək, 2024-cü ildən LGBT təbliğatını qadağan edən qanunun ləğvi də daxil olmaqla, səkkiz tövsiyə yerinə yetirilmədiyi təqdirdə ölkənin Aİ ilə vizasız rejimini itirmək riski ilə bağlı xəbərdarlıq edib. Gürcüstan hakimiyyəti qəbul edilmiş qanunları ləğv etmək niyyətində olmadıqlarını bildirir və Aİ-nin məktubunu növbəti şantaj cəhdi adlandırır.

 

Musavat.com

Chosen
35
8
musavat.com

9Sources