EN

“Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”

Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Benfika”ya qalib gələn “Qarabağ” bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib.

Publika.az xəbər verir ki, bunu Ağdam təmsilçisinim prezidenti Tahir Gözel klubun saytına açıqlamasında söyləyib.

O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:

“Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.

Chosen
23
31
publika.az

10Sources