AZ

“Qələbəni İlham Əliyevə həsr edirik”

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində qazanılan qələbəni Prezident İlham Əliyevə həsr edib.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:

“Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.

Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2.

Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.


Seçilən
14
15
news24.az

10Mənbələr