EN

"Qarabağ"a uduzan "Benfika"nın baş məşqçisi istefaya göndərildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Portuqaliyanın "Benfika" klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.
Oxu.Az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, bunu bağlı klubun prezidenti Ruy Koşta açıqlayıb.
O bildirib ki, Brunu Lajeni istefaya göndərmələrinə səbəb "Benfika"nın doğma meydanda Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"a 2:3 hesabı ilə uduzması olub.
Ruy Koştanın mətbuat konfransından qısa müddət sonra Portuqaliya mediası "Benfika"nın baş məşqçi postuna Joze Mourinyunu gətirəcəyi ilə bağlı xəbərlər dərc etməyə başlayıb.
Chosen
50
4
oxu.az

6Sources