EN

ABŞ şirkətləri Böyük Britaniyaya on milyardlarla dollar sərmayə qoyur

Böyük Britaniya və ABŞ ABŞ prezidenti Donald Trampın Londona səfəri ərəfəsində ən sürətlə inkişaf edən texnologiyaların inkişafına yönəlmiş texnologiya sahəsində əməkdaşlıq sazişi barədə razılığa gəliblər.

Editor.az bu barədə Britaniya mediasında yer alan məlumatlara istinadla xəbər verir.

“Microsoft, NVIDIA, Google, OpenAI və CoreWeave daxil olmaqla, ABŞ-ın aparıcı texnologiya və süni intellekt şirkətləri Böyük Britaniyanın süni intellekt infrastrukturunu və qabaqcıl texnologiyasını inkişaf etdirmək üçün cəmi 31 milyard funt sterlinq (42 milyard dollar) sərmayə qoyurlar”,-deyə açıqlamada bildirilib.

İki ölkə, həmçinin inqilabi kvant kompüterlərinin inkişafı sahəsində əməkdaşlıq etməyi və bu texnologiyanın səhiyyə, müdafiə və maliyyə kimi sahələrdə tətbiqini sürətləndirməyi planlaşdırır. Bu tərəfdaşlıq həmçinin Böyük Britaniya və ABŞ-da yeni atom elektrik stansiyalarının tikintisi, iş yerlərinin yaradılması və iqtisadi artımın sürətini artıracaq.

Əvvəllər termonüvə enerjisi texnologiyalarını inkişaf etdirən Amerika şirkəti olan Commonwealth Fusion Systems (CFS) 863 milyon dollarlıq maliyyələşdirmə dövrünü uğurla başa vurub. Əsas investorlar arasında Bill Gates-in Breakthrough Energy Ventures fondu, texnologiya nəhəngləri Google və Nvidia və onlarla digər iştirakçı var.

//Gülnarə Abasova, Editor.az

Chosen
20
editor.az

1Sources