EN

“Benfika”nın prezidenti məğlubiyyəti həzm edə bilmədi, baş məşqçini istefaya göndər - FOTO

Portuqaliyanın "Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Lajeni istefaya göndərib.

Milli.Az xəbər verir ki, "Estadio da Luz" stadionunda baş tutan görüşdə gözlənilməz məğlubiyyət azarkeşlərin kəskin etirazına səbəb olub. Final fitindən sonra fanatlar ağ dəsmallar qaldıraraq Leyqin istefasını tələb ediblər.

Bruno Leyq isə matçdan sonra açıqlamasında bunları deyib:

"Benfika üçün heç vaxt problem olmayacağam. Klub mənə çox şey verib və mən heç vaxt yük olmayacağam. Əgər prezident hesab etsə ki, mən əsas günahkaram, oyunçulara təsirim çatmır və ya komanda artıq mənimlə deyil, onda istefa verməyə hazıram".

"Benfika"nın prezidenti Ruy Koşta isə baş məşqçi Brunu Lajeni istefaya göndərib.

"Benfika"da baş məşqçi vəzifiəsinə əsas namizəd portuqaliyalı müttəxəssis Joze Mourinyodur. Onunla bu gün rəsmi danışıqlara başlanacağı bildirilib. Portuqaliyalı mütəxəssisin gələcək taleyinin yaxın günlərdə klub rəhbərliyi ilə görüşdən sonra müəyyənləşəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibi üzərində 3:2 hesablı fantastik qələbə qazanıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
46
milli.az

1Sources