EN

“Rostec” BRICS çərçivəsində silah istehsalçıları arasında əməkdaşlığı gücləndirməyə çağırır

BRİCS çərçivəsində mülki silahların, patronların və komponentlərin qarşılıqlı ixracının inkişafı elmi tədqiqatlar üçün mühərrikə çevrilə, həmçinin milli silah istehsalının rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər.

“İki sahil”in məlumatına görə, bunu TASS-a “Rostec” dövlət korporasiyasının icraçı direktoru Oleq Yevtuşenko III Ümumrusiya Silah İstehsalçılarının Forumu çərçivəsində deyib.

"Ölkəmiz atıcı silahların istehsalı sahəsində böyük təcrübəyə malikdir. Biz silah məhsullarımız və bu sahədəki yeniliklərimizlə fəxr edirik. BRİCS və digər dost dövlətlər çərçivəsində mülki silahların, patronların, komponentlərin və aksessuarların qarşılıqlı ixracının inkişafı elmi tədqiqatlar, yeni iş yerlərinin yaradılması və milli silah istehsalının rəqabət qabiliyyətinin artırılması üçün mühərrikə çevrilə bilər", - Yevtuşenko bildirib.

“Rostec”in icraçı direktoru əlavə edib ki, “mülki atıcı silah ixracının inkişafı mürəkkəb və çoxşaxəli prosesdir və iqtisadi maraqlar və milli təhlükəsizliyin təmin edilməsi arasında balans tapmaq lazımdır”.

Yevtuşenkonun sözlərinə görə, beynəlxalq silah ticarətinin, o cümlədən mülki atıcı silahların inkişafı həm çağırışlar, həm də imkanlar təqdim edir: "Belə malların ixracı beynəlxalq əlaqələrin möhkəmlənməsinə, dost ölkələrin iqtisadiyyatının və idmanının inkişafına kömək edir. Bu, həm də Rusiya və onun xarici tərəfdaşları üçün qarşılıqlı texnologiyaların ötürülməsidir"

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
28
ikisahil.az

1Sources