EN

TƏBİB rəqəmləri açıqladı Onlarla müraciət araşdırılır

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin avqust ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 14 681 zəng daxil olub. 

News24.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. 

Bildirilib ki, müraciətlərdən 14 323 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 358 müraciət isə Çağrı xidməti tərəfindən araşdırılması üçün qəbul edilib. 107 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 101 müraciətlə bağlı məsələ həll edilib, 69 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. 81 müraciətlə bağlı isə hazırda araşdırma prosesi davam etdirilir.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub. 

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
news24.az

2Sources