EN

“Qarabağ” “Benfika”nı devirdi! - YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Benfika” ilə qarşılaşacaq.

Portuqaliya təmsilçisi ilə görüş səfərdə baş tutacaq. Oyunu belçikalı hakimlər idarə edəcəklər. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur

16 sentyabr “Benfika” – “Qarabağ”

Baş hakim: Erik Lambrexts (Belçika).

“Da Luş” stadionu.

Saat 23:00.

***

Komandaların start heyətləri açıqlanıb:

“Benfika”: 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k)

Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

***

Matç başladı.

***

6-cı dəqiqədə Barreneçeanın vurduğu qolla meydan sahibləri hesabı açır - 1:0.

***

16-cı dəqiqədə "Benfika" hesabı 2:0 edir.

***

29-cu dəqiqədə Leandro Andrade hesab arasındakı fərqi azaldır.

***

İlk hissə "Benfika"nın 2:1 hesablı üstünlüyü ilə başa çatdı.

***

İkinci hissə başladı.

***

Kamilo Duran 48-ci dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurur - 2:2.

86-cı dəqiqədə Aleksey Kaşuk "Qarabağ"ın üçüncü qolunu vurur - 2:3.

***

Qarşılaşma "Qarabağ" 3:2 hesablı qələbəsi ilə başa çatdı.

"Cebheinfo.az" 

 

Chosen
13
14
cebheinfo.az

10Sources