BAKI, 17 sentyabr. TELEQRAF
Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 19 sentyabr 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcəkdir.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]