Rusiyalı müğənni Oleq Qazmanov bütün pensiya pulunu dələduzluqda ittiham olunan erməniyə verib.
İnterpress.az xəbər verir ki, bu barədə RIA Novosti-yə ailənin vəkili Roman Kuzmin bildirib.
Rusiyalı müğənni Oleg Qazmanov bütün pensiya üçün topladığı pulları dələduzluqda ittiham olunan Gevorq Sarkisyana verdiyini açıqlayıb.
Vəkilin bildirdiyinə görə, 2019-cu ildə həm Qazmanov, həm də həyat yoldaşı Marina Anatolyevna Sarkisyana borc veriblər. Bu, müğənninin ömrü boyu pensiya üçün topladığı bütün vəsait olub.
Kuzminin sözlərinə görə, Sarkisyan 2016-cı ildən ailənin etimadını qazanmağa çalışıb və yaxın çevrəyə daxil olub.
Nəticədə isə onların münasibətindən sui-istifadə edərək pulu alıb.
Pulun geri qaytarılması tələbi irəli sürüldükdə Sarkisyan vəsaitin olmadığını, hara sərmayə qoyduğunu isə izah edə bilmədiyini deyib.
Daha sonra o, pandemiya və Ukraynadakı müharibəni bəhanə gətirərək ABŞ-dən pulu köçürə bilmədiyini bildirib.
Qazmanovlar sonradan aldandıqlarını anlayaraq məsələ ilə bağlı İstintaq Komitəsinə müraciət ediblər.
Xuraman Etibarlı
İnterpress.az