EN

“Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçisini istefaya göndərən “Benfika” Joze Mourinyo ilə anlaşıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, qərar Lissabon təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda evdə “Qarabağ”a 2:3 hesabı ilə uduzduğu oyundan sonra verilib.

İddiaya görə, klub rəhbərliyi baş məşqçi postuna Joze Mourinyonu gətirmək niyyətindədir. Bir müddət əvvəl Türkiyənin “Fənərbağça” komandası ilə yollarını ayıran təcrübəli mütəxəssisin “Benfika” ilə prinsipial razılığa gəldiyi iddia olunur.

 

Chosen
73
16
azertag.az

10Sources