EN

Şuşa Zəfər Muzeyini İtaliya şirkəti layihələndirəcək

 Şuşada Zəfər Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanmasına) və məzmununun hazırlanmasına başlanılıb.

Missiya.Az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC birbaşa satınalma həyata keçirib. 

Layihələndirmə işlərini İtaliyanın "ArtCloud Network International s.c.r.l" şirkəti həyata keçirəcək. İşlər 1 milyon manata başa gələcək.

Chosen
9
9
missiya.az

10Sources