EN

“Bu qələbəni cənab İlham Əliyevə həsr edirik” - Tahir Gözəl

Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Benfika”ya qalib gələn “Qarabağ” bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib.

"Football-plus.az" xəbər verir ki, bunu "Qarabağ"ın rəsmi saytına açıqlamasında klub prezidenti Tahir Gözel açıqlayıb.

O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:
“Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.

Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.
Chosen
17
31
football-plus.az

10Sources