EN

Otamendi “Qarabağ”la oyuna gələnlərdən üzr istədi

“Benfika”nın kapitanı Nikolas Otamendi UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a uduzduqları üçün azarkeşlərdən üzr istəyib.

Arena.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi “Qarabağ”a 2:3 hesablı məğlubiyyətə görə tənqidlərə açıq olduqlarını bildirib.

O, hesabda öndə olduqları görüşü məğlub başa vurmağın ağır olduğunu vurğulayıb:

“Fikrimcə, məğlubiyyətin səbəbkarları tənqid olunmalıdırlar. Bu tənqid sayəsində harada səhv etdiyimizi müəyyənləşdirə bilərik. UEFA Çempionlar Liqasında mövsüm yeni başlayıb. Bizi qarşıda hələ çox qarşılaşma gözləyir. “Qarabağ”la oyunu izləmək üçün bilet alan bütün azarkeşlərdən üzr istəyirəm”.

Nikolas Otamendi məğlubiyyəti unudub, qarşıdakı matçlara baxmalı olduqlarını söyləyib:

“İrəli baxmaq məcburiyyətindəyik. Çox çalışıb, növbəti görüşləri qələbə ilə başa vurmalıyıq. Azarkeşlərimizin narahatlığını başa düşürük”.

Xatırladaq ki, Otamendi 2022-ci ildə dünya çempionu olmuş Argentina millisinin heyətində yer alıb. O, 2015-ci ildən 2020-ci ilə qədər İngiltərənin “Mançester Siti” klubunda çıxış edib.

error: Məzmun qorunur!
Chosen
38
17
arena.az

10Sources