EN

Casusluqda ittiham olunan şəxs edam edildi

İranda Mossad üçün casusluqda təqsirli bilinən Babək Şahbazi edam edilib

News24.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan Babək Şahbazi məhkəmə prosesi başa çatdıqdan və Ali Məhkəmə hökmü qüvvədə saxladıqdan sonra sentyabrın 17-si səhər edam edilib.

Məlumata əsasən, o, kəşfiyyat, casusluq və təhlükəsizlik fəaliyyəti ilə bağlı İsraillə əməkdaşlıqda günahkar sayılıb.

Xatırladaq ki, Ram Xodan oğlu Babək Şahbazi müxtəlif telekommunikasiya, hərbi və təhlükəsizlik qurumları ilə əlaqəli şirkətlərdə podratçı qismində sənaye soyutma sistemlərinin layihələndirilməsi və quraşdırılması ilə məşğul olub.


Chosen
117
news24.az

1Sources