EN

Ağılllı olmağın yeni yolu tapılıb

Təzə meyvə və tərəvəzlərin müntəzəm istehlakı hipokampusda və insan beyninin sağ presentral girusunda boz maddənin həcminin artmasına səbəb olur.

Beyindəki bu dəyişikliklər isə depressiya və demansın (ağılsızlıq)  inkişaf riskini azalda bilər.

“Cebhe.info” xəbər verir ki, bu qənaətə İsveçin Uppsala Universitetinin alimləri gəlib. Nəticələr “NeuroImage” jurnalında dərc olunub.

Elm adamları 9925 iştirakçının qidalanma vərdişlərini təhlil ediblər, onların məlumatları bioloji nümunələrin böyük bir anbarından - Britaniya Biobankından götürülüb. Subyektlər beynin strukturunu öyrənmək üçün maqnit rezonans tomoqrafiyasından da keçiblər.

Nəticələr göstərib ki, müntəzəm olaraq təzə meyvə və tərəvəz istehlak edən insanlarda hipokampus, beyin qabığı və sağ presentral girusda daha çox boz maddə olur.  Boz maddə beynin sinir toxumasının əsas komponentidir və neyron hüceyrə cisimlərindən ibarətdir. Neyronlar sinir impulslarının yaradılması və ötürülməsi, həmçinin daxil olan məlumatların işlənməsi və saxlanması üçün məsuliyyət daşıyır.

Tədqiqatçılar izah ediblər ki, meyvə və tərəvəz yemək beynin həcmini dəyişdirir. Xüsusilə, hipokampusdakı boz maddə həcminin artması demans və depressiv pozğunluq riskinin aşağı olması ilə əlaqələndirilir. Meyvə və tərəvəz yeməyin boz maddənin miqdarına birbaşa təsir edib-etmədiyi və ya beynin müəyyən nahiyələrində daha çox miqdarda boz maddə olan insanların meyvə və tərəvəz yeməyə meyilli olub-olmadığı hələ aydın deyil.

Chosen
358
31
cebheinfo.az

10Sources